• $
  • €
  • ₽
  • ₺
  • £

Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir

Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir
23.10.2026 13:32

Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, energetika və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün böyük imkanlar görür. Bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar oktyabrın 23-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Hindistanın Baş naziri Narendra Modi ilə Azərbaycan Prezidenti İlham Əliyev ötən ay Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər. Onun sözlərinə görə, Bakıya səfəri həmin görüşdə aparılan müzakirələrin davamıdır.

Cayşankar bildirib ki, Azərbaycan Prezidenti ilə görüşündə ikitərəfli münasibətlərin bütün istiqamətləri, mövcud əməkdaşlıq və gələcək imkanlar, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

O vurğulayıb ki, iki ölkənin iqtisadiyyatları bir-birini tamamlayır və bu, qarşılıqlı ticarət və investisiyaların artırılması üçün əlverişli imkanlar yaradır.

Nazir energetika sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, Hindistan şirkətləri uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və xüsusilə neft-energetika sektoruna investisiyalar iki ölkənin iqtisadi əlaqələrində mühüm yer tutur. Tərəflər əməkdaşlığın digər sahələrə də genişləndirilməsi barədə razılığa gəliblər.

Cayşankar nəqliyyat əlaqələrinin də müzakirə olunduğunu bildirib. O qeyd edib ki, hər iki ölkə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinə investisiya yatırıb və bu istiqamətdə daha sıx koordinasiyanın təmin edilməsi barədə razılıq əldə olunub.

Nazir Azərbaycanla Hindistan arasında gündəlik birbaşa uçuşların həyata keçirildiyini xatırladaraq, əlaqələrin daha da genişləndirilməsi üçün hava nəqliyyatı imkanlarının artırılmasının vacibliyini vurğulayıb.

O, Azərbaycanda təhsil alan hindistanlı tələbələrə göstərilən diqqətə görə Azərbaycan tərəfinə təşəkkür edib. S.Cayşankar, həmçinin bu ilin əvvəlində İran ərazisindən Hindistan vətəndaşlarının, xüsusilə tələbələrin təxliyəsinə göstərilən köməyə görə minnətdarlığını bildirib.

Nazir Azərbaycan mütəxəssislərinin Hindistanın ITEC texniki və iqtisadi əməkdaşlıq proqramından daha geniş faydalanmasının vacibliyini də qeyd edib. O, iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin və digər əməkdaşlıq mexanizmlərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini vurğulayıb.

Aytac

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
İlham Əliyev Bolqarıstanın Baş naziri ilə görüşüb
Siyasət 19:30
İlham Əliyev Bolqarıstanın Baş naziri ilə görüşüb
İlham Əliyev Volodimir Zelenski ilə görüşüb
Siyasət 16:10
İlham Əliyev Volodimir Zelenski ilə görüşüb
Azərbaycanda 12 Noyabr – Konstitusiya Günü qeyd olunur
Siyasət 04:39
Azərbaycanda 12 Noyabr – Konstitusiya Günü qeyd olunur
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Siyasət 00:03
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol