“Azərbaycan NATO üçün vacib tərəfdaşdır”

“IPAP - bizim əməkdaşlığımızın mühüm hissəsidir.Ötən il IPAP-ın növbəti fazası üzrə saziş imzalamışıq”. APA-nın xəbərinə görə, bunu NATO-nun Cənubi Qafqaz üzrə zabit-koordinatoru Uilyam Lahyu bildirib. Onun sözlərinə görə, Azərbaycan və NATO-nun tərəfdaşlıq proqramı çərçivəsində sıx əməkdaşlıq etməsi çox mühümdür: “Azərbaycan bizim üçün vacib tərəfdaşdır”. “ISAF-ın Əfqanıstandan çıxarılacaq yüklərinin Bakı-Tiflis-Qars dəmir yolu ilə daşınması üçün Azərbaycanla razılaşma mövcuddurmu?” sualını U.Lahyu belə cavablandırıb: “Belə bir təklif var. Amma Bakı-Tiflis-Qars dəmir yolu hələ işə salınmadığından, yalnız layihə hazır olduqdan sonra bu barədə danışmaq olar”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb




















