İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə başsağlığı məktubu göndərib.
Məktubda Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanların olması ilə bağlı kədər ifadə olunub.
“Əlahəzrət,
Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İspaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.
Son xəbərlər
Daha çox