Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək.Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" hesabında bildirib.
Onun sözlərinə görə, səfər Azərbaycanın Zəfər Günü münasibətilə baş tutacaq.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qarabağda ikitərəfli görüş keçirəcəklər.
Görüşdə Türkiyə-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunacaq.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:27
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

Siyasət 11:13
İlham Əliyev Qarabağ Universitetinin Kitabxanası və İnnovasiya Mərkəzinin təməlini qoyub - yenilənib

Siyasət 19:33
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb





















