Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycanın müdafiə naziri Zakir Həsənov 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun hərbi qulluqçularını və mülki işçilərini təbrik edib. Bu barədə Müdafiə Nazirliyinin saytında dərc olunan müraciətdə bildirilir.
Həsənov orduda islahatların və təlimlərin davam etdiyini, bunun müdafiə qüdrətinin artırılmasına xidmət etdiyini bildirib. O, 2020-ci il müharibəsində qazanılan qələbə və sonrakı döyüş əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunduğunu qeyd edib.
Nazir işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin və Böyük Qayıdış proqramının həyata keçirilməsində ordunun rolunu vurğulayıb. O, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini yad edib, şəhid ailələrinə, müharibə veteranlarına və sağlamlığını itirmiş hərbi qulluqçulara dövlət dəstəyinin göstərildiyini bildirib

Son xəbərlər 
Daha çox 






















