Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb.
Füzuli Beynəlxalq Hava Limanında Ərdoğanın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkiyə prezidentini və həyat yoldaşı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yola salıblar.



























