Ankarada Zəfər Günü münasibətilə Azərbaycanı təbrik ediblər

Ankarada Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) Əkiz qüllələrində və Atakule qülləsində 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edən rəqəmsal reklamlar yayımlanıb.
Reklam lövhələri Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü və Ankara Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə yerləşdirilib. Ötən gündən etibarən paytaxtın əsas yolları və prospektlərindəki rəqəmsal lövhələrdə də “Qardaş Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edirik. Sizin sevinciniz bizim sevincimizdir!” şüarı yayımlanır.
























