Polşa XİN başçısının müavini Bakıya gəlib

19:35 | 04.06.2024
Polşa XİN başçısının müavini Bakıya gəlib

Polşa XİN başçısının müavini Bakıya gəlib

Polşa xarici işlər nazirinin müavini Marek Pravda Bakıya gəlib.Bu barədə Polşanın Azərbaycandakı səfirliyi xəbər verib.

Nazir müavininin səfərinin məqsədi Azərbaycan və Polşa Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrdə iştirak etməkdir.

Səfər çərçivəsində Marek Pravda Bakıda Şəhidlər Xiyabanını ziyarət edib, "Əbədi məşəl” abidəsi önünə gül dəstələri qoyub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM