Poroşenko 2 milyard itirdi

22:41 | 29.04.2015
Poroşenko 2 milyard itirdi

Poroşenko 2 milyard itirdi

Ukraynanın prezidenti Petro Poroşenko 2 milyard rublunu (40 milyon 600 milyon manat) itirib.

ANS PRESS-in məlumatına görə, Rusiyada yerli rayon məhkəməsi "Roshen" holdinqinin ölkə ərazisindəki 2 milyard rubl dəyərində olan mülkünə həbs qoyub. Şirkətin baş menecerləri 180 milyon rublluq (3 milyon 654 min manat) dələduzluqda günahlandırılırlar.

Həbs Rusiyadakı "Roshen" Lipetsk şirniyyat fabriki"ndə yerləşən 4 istehsalat kompleksinə, hazır məhsul anbarına və inzibati binaya aid edilib. 

Qeyd edək ki, əmlakın həbsindən əvvəl "Roshen" Lipetsk şirniyyat fabriki"ndə və onun baş menecerlərinin evində sənədlərin axtarışı aparılıb və tapılan sənədlər müsadirə edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM