Poroşenko, Merkel və Olland Putin üçün “qırmızı xətt” cızdılar

20:48 | 26.08.2015
Poroşenko, Merkel və Olland Putin üçün “qırmızı xətt” cızdılar

Poroşenko, Merkel və Olland Putin üçün “qırmızı xətt” cızdılar

Almaniyanın paytaxtı Berlində Ukrayna prezidenti Pyotr Poroşenko, Fransa prezidenti Fransua Olland və Almaniyanın kansleri Angela Merkelin üçtərəfli görüşü keçirilib. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, prezidentlər Rusiyanın Ukraynaya qarşı təcavüzünün genişlənəcəyi halda sanksiyaların daha da güclənəcəyini nəzərdə tutan "qırmızı xətt” cızıblar.

Ukrayna Prezident Administrasiyasının rəhbər müavini Konstantin Yeliseyev Donetsk və Luqanskda keçirilməsi nəzərə tutulan seçkiləri bu "qırmızı xətt”lərdən hesab edir. Onun fikrincə, rəsmi Moskva seçkilərinin ləğvi üçün separatçılara təzyiq etməsə, sanksiyalar daha da güclənəcək. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM