"Ukraynanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz"“Rusiya ilə münasibətlər düzəlməyincə sülh haqqında danışmaq olmaz”. ANS PRESS-in məlumatına görə, bunu Ukraynanın yeni prezidenti Pyotr Poroşenko and içmə mərasimində çıxışı zamanı deyib.Yeni prezident bildirib ki, Ukraynanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz: “Ukrayna unitar ölkədir və belə də qalacaq. Ölkədə heç bir federalizasiya baş verməyəcək. Biz Donbass vilayətində növbədənkənar seçkilərin keçirilməsinə razıyıq, lakin Ukraynanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz”.Qeyd edək ki, P.Poroşenko çıxışdan əvvəl Ukraynanın cənub şərq vilayətlərində silahlı toqquşmlara zamanı və "Maydan" hadisələrində həlak olanların xatirəsini bir dəqiqələlik sükutla yad edibXatırladaq ki, bir neçə gün əvvəl P.Poroşenko Ukraynanın cənub şərq vilayətlərində qarşıdurmalar zamanı ağır cinayət törətməyənlərin əfv olunacağına söz verib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !