Ukraynada keçirilən prezident seçkilərinin qalibi Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinlə iyun ayının birinci yarısında görüşə biləcəyini deyib.APA-nın “112 Ukraina” telekanalına istinadən verdiyi məlumata görə, P. Poroşenko V. Putinlə bir-birlərini yaxşı tanıdıqlarını bildirib: “Mən ümid edirəm ki, ilk görüşdə nəticə əldə olunacaq. Biz cənab Putinlə bir-birimizi kifayət qədər yaxşı tanıyırıq. Düşünürəm ki, ilk görüş çox vacib nəticə verəcək”.P. Poroşenko “Roshen” korporasiyası da daxil olmaqla, öz aktivlərini satacağını da açıqlayıb: “Mən seçkiqabağı kampaniyada dəfələrlə bildirmişəm ki, öz siyasi fəaliyyətim zamanı vacib ənənələr tətbiq etmişəm. İndi biz daha bir ənənənin əsasını qoyuruq: bir insan yüksək vəzifəyə gəlirsə, həm öz ölkəsinə , həm də dünyaya elan edir ki, biznesdən əl çəkir, onu satır və bütün səylərini xalqa xidmət üçün cəmləşdirir. Mən bu cür hərəkət etməyə hazırlaşıram. Artıq mənim aktivlərimin əsas hissəsinin satışı üzrə intensiv hazırlığa başlayacaq müvafiq investisiya məsləhətçisi və bankının tapılması barədə tapşırıq verilib”.Bununla yanaşı, P. Poroşenko sahibi olduğu “5-ci Kanal” televiziyasını satmayacağını deyib.ANN.Az