"Novorossiya" layihəsinə görə Ukraynanın daha 9 vilayəti ələ keçiriləcəkdi.
ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko açıqlama verib.
"Ukraynanın 9 vilayəti... Bu vilayətlərdə Rusiya dünyasının "Novorosiyya"sı yaradılacaqdı", deyə prezident bildirib.
Poroşenko onu da bildirib ki, 2014-2015-ci illərdə Donbassda davam edən münaqişə zamanı Ukrayna ordusunun 1,8 mindən çox hərbi qulluqçusu həlak olub.
Qeyd edək ki, bundan əvvəl tanınmamış Donets xalq respublikasının xalq şurasının vitse spikeri bəyan etmişdi ki, münaqişə zamanı Donbasda ölənlərin 90%-i dinc sakindir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !