Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko və Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqindəki münaqişə və onun həlli yolunu müzakirə ediblər.APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, münaqişənin sülh yolu ilə nizamlanması üçün Rusiya nümayəndəsinin Kiyevə danışıqlar üçün gəlməsi barədə razılıq əldə edilib. Poroşenkonun sözlərinə görə, danışıqlara artıq iyunun 8-də start veriləcək. O qeyd edib ki, yaxın zamanlarda Rusiya Ukraynada prezident seçkilərinin nəticələrinin tanınması barədə rəsmi açıqlama verəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !