Prezident 1 milyon manat ayırdı

20:52 | 14.05.2014
Prezident 1 milyon manat ayırdı

Prezident 1 milyon manat ayırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.

 ANS PRESS-in məlumatına görə, sərəncamda deyilir:"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

1. Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Konservatoriyasına 1,0 (bir) milyon manat ayrılsın. 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin". 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM