• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Prezident Administrasiyasının yeni rəhbəri kimdir? - DOSYE

Prezident Administrasiyasının yeni rəhbəri kimdir? - DOSYE
01.11.2019 13:20
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. 
Sərəncama əsasən, Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib. O, bu vəzifədə Ramiz Mehdiyevi əvəzləyib.
Oxu.Az yeni rəhbərin dosyesini təqdim edir. 

Samir Nuriyev 1975-ci il martın 9-da Bakı şəhərində anadan olub.
O, 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.
1996-2003-cü illərdə Samir Nuriyev müхtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində çalışıb, o cümlədən, 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışıb.
2006-cı ildə o, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, Samir Nuriyev 2009-cu ildə Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin olunub.
Ölkə başçısının 12 aprel 2016-cı il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
İlham Əliyevin 21 aprel 2018-ci il-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin olunub.
2015-ci ildən Azərbaycan Memarlar İttifaqının fəxri üzvüdür.
Evlidir, iki uşağı var

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan 2027–2030-cu illəri əhatə edəcək yeni sosial-iqtisadi strategiya hazırlayır
Siyasət 17:18
Azərbaycan 2027–2030-cu illəri əhatə edəcək yeni sosial-iqtisadi strategiya hazırlayır
NK-da Prezidentin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclas keçirilir
Siyasət 15:44
NK-da Prezidentin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclas keçirilir
Azərbaycanla Suriya arasında energetika sahəsində əməkdaşlıq müzakirə olunub
Siyasət 21:30
Azərbaycanla Suriya arasında energetika sahəsində əməkdaşlıq müzakirə olunub
İlham Əliyev Trampa təşəkkür edib
Siyasət 18:20
İlham Əliyev Trampa təşəkkür edib
Saida Mirziyoyeva Mehriban Əliyevanı təbrik edib
Siyasət 18:07
Saida Mirziyoyeva Mehriban Əliyevanı təbrik edib
İran prezidenti “3+3” formatını Cənubi Qafqazda sülh üçün səmərəli mexanizm adlandırıb
Siyasət 16:53
İran prezidenti “3+3” formatını Cənubi Qafqazda sülh üçün səmərəli mexanizm adlandırıb
İlham Əliyev Stiven Doutini qəbul edib
Siyasət 12:11
İlham Əliyev Stiven Doutini qəbul edib
Formula 1 üçün viza rejimi sadələşdirilir - Sərəncam
Siyasət 11:15
Formula 1 üçün viza rejimi sadələşdirilir - Sərəncam
Ukrayna Prezidenti Azərbaycana təşəkkür edib
Siyasət 20:29
Ukrayna Prezidenti Azərbaycana təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol