ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Argentina prezidenti Kristina Fernandez de Kirçner haqqında iddia qaldıran Alberto Nisman evinin vanna otağında başına vurulmuş güllə yarasından ölüb. İlkin versiyaya görə, prokuror intihae edib, amma ekspertizanın nəticələrindən sonra qəti fikir söyləniləcəyi bildirilir.
Prokuror Alberto Nisman 1994-cü ildə paytaxt Buenos Ayresdə 85 nəfərin öldüyü Yəhudi mərkəzinə edilən silahlı hücumda dövlət başçısının əlinin olması ehtimalı ilə cinayət işinin açılması ilə bağlı məhkəmdə iddia qaldırmışdı.
51 yaşlı Nismanın yaxın 2-3 saat ərzində ölkə parlamentinə gələrək deputatlar qarşısında dğvlət başçısı Kirçner haqqında önəmli açıqlamalar verəcəyi gözlənilirdi.
Son bir həftə ərzində ölkə ərazisində haqqında danışılan ən başlıca mövzulardan biri Nisman və onun prezidentlə bağlı qaldırdığı iddia idi.
Nisman 85 nəfərin öldürüldüyü və 300 nəfərin yaralandığı Yəhudi mərkəzinə edilən silahlı hücumun arxasında İranın olduğunu, prezident Kristina Kirçner başda olmaqla bəzi deputatların, prokurorların və onlara bağlı vəzifəli şəxslərin dəstək verdiyini bildirmişdi.
Başından vurulan tək güllə ilə ölü tapılan prokuror evində bu cinayəti açıb göstərən telefon danııqları yazılarının olduğunu da demişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !