Prezident bu avtomobil yolunun yenidən qurulmasına beş milyon manat ayırıb

13:16 | 30.11.2023
Prezident bu avtomobil yolunun yenidən qurulmasına beş milyon manat ayırıb

Prezident bu avtomobil yolunun yenidən qurulmasına beş milyon manat ayırıb

On səkkiz kilometr uzunluğu olan Bərdə‒Ağdam (40 km)‒Əsgəran avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM