Prezident daha bir mühüm qanunu təsdiqləyib

16:07 | 13.08.2020
Prezident İlham Əliyev "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib.

Anews.az xəbər verir ki, qanuna əsasən, İşsizlikdən sığorta fondunun bu il üzrə büdcəsi dəyişdirilərək gəlirləri və xərcləri artırılıb.

Qanunda İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsinin gəlirləri 151 milyon 235 min 400 manat, xərcləri 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilib.
 
Xatırladılıb ki, İSF-nin 2020-ci il büdcəsinin gəlirləri 128 235 400,0 manat, xərcləri 128 235 400,0 manat məbləğində təsdiq edilib.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti