Nazirlər Kabinetinə iki ay müddətində prezidentin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etmək, "Dərman vasitələri haqqında” qanununun 4.6-cı maddəsinə uyğun olaraq, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasını prezidentlə razılaşdırmaqla təsdiq etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 2 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Tarif (qiymət) Şurası isə "Dərman vasitələri haqqında” qanunun 4.5-ci maddəsinə uyğun olaraq, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsini 3 ay müddətində təmin etməlidir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !