Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında qanunu təsdiqləyib.
APA-nın məlumatına görə, qanunda qeyd olunub ki, Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 438 000,0 min manat, xərcləri 21 100 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 18 603 462,0 min manat, yerli gəlirləri 834 538,0 min manat, mərkəzləşdirilmiş xərcləri 19 446 050,0 min manat, yerli xərcləri 1 653 950,0 min manat) məbləğində təsdiq edilsin.
Prezident İlham Əliyev 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında qanunu da təsdiqləyib. Qanunda qeyd edilib ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2015-ci il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilsin.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !