Olland gizli sevgi münasibəti yaşadığı Jüli Qayla nigaha girməyə hazırlaşır
Fransa prezidenti Fransua Olland aktrisa Jüli Qayla münasibətlərini qanuniləşdirməyi planlaşdırıb. ANS PRESS-in məlumatına görə, prezident xeyli müddətdir gizli sevgi yaşadığı aktrisa ilə tətil zamanı evlənəcək.
Nigah mərasimi 12 avqusta baş tutacaq. Dövlət başçısının tətili 5 avqustda başlayacaq və cəmi 10 gün sürəcək.
Ollandın prezident seçkilərində qalib gəldiyi Sosial partiyasından olan mənbə mətbuata bu məlumatı ötürüb: "Artıq üç aydır Ollandın Jüli Qayla 12 avqustda nigaha girəcəyi barədə danışıqlar gedir".
Cütlüyün harada dincələyi barədə məlumat verilmir. 12 avqust tarixi təsadüfən seçilməyib, Olland məhz bu gündə 60 illiyini qeyd edəcək.
Məşhur astroloq Elizabet Tesye (Elizabeth Teissier) hələ fevral ayında prezidentin 12 avqustda nikah bağlayacağının mümkünlüyünü proqnoz vermişdi.
Xatırladaq ki, bu ilin yanvar ayında Fransa prezidentinin aktrisa Jüli Qayla gizli sevgi münasibətlərini sübut edən fotolar dərc edilmişdi. Prezident bu faktı inkar etməmişdi, sadəcə vətəndaş nikahında olduğu fransız jurnalisti Valeri Triyerveylerlə münasibətlərinin çətin mərhələsini yaşadlarını bildirməklə kifayətlənmişdi.
Daha sonra isə Olland Valeri ilə münasibətlərinin başa çatdığını bəyan etmişdi.
ANN.Az