Prezident FƏRMAN imzaladı

20:01 | 13.11.2014
Prezident FƏRMAN imzaladı

Prezident FƏRMAN imzaladı

Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib 

Prezident İlham Əliyev “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanunu təsdiq edilməsi ilə bağlı fərman imzalayıb. 

ANN.Az Lent.az-a istinadən məlumat verir ki, fərmanla Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası qanunlarının və Prezidentinin aktlarının “Polis haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflər üç ay müddətində hazırlanıb Azərbaycan prezidentinə təqdim edilsin.

Dövlət başçısının imzaladığı fərmanda qeyd olunur ki, elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısını üç ay müddətində Azərbaycan prezidenti ilə razılaşdırmaqla müəyyən ediləcək.

ANN.Az

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür