Azərbaycan Prezident İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində inzibati binanın təməlini qoyub.
Dövlət başçısına görüləcək işlər barədə məlumat verilib.
İnzibati binanın inşa olunacağı şəhərin mərkəzi ərazisində 12 hektardan çox sahə ayrılıb. İnzibati binanın inşası üçün isə 4,4 hektardan çox ərazi nəzərdə tutulub. Burada parad meydanı, bir hektar sahədə park inşa olunacaq. Bundan başqa, digər regional qurumlar üçün də ərazi nəzərdə tutulub. Beş mərtəbədən ibarət inzibati binada ən müasir şərait yaradılacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !