Prezident "İnstagram"a qadağa qoydu - QƏRAR

20:06 | 23.06.2015
Prezident

Prezident "İnstagram"a qadağa qoydu - QƏRAR

Şimalı Koreyanın paytaxtı Pyonqyanqda yerləşən Karyo Hotelində baş verən yanğın hadisəsinin fotolarının "İnstagram"da yayınlandıqdan sonra dövlət başçısı Kim Jonq ölkəsində bu sosial şəbəkənin fəaliyyət göstərməsinin qarşısını almaq üçün qərar verib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, dünəndən başlayaraq sosial şəbəkənin Şimali Koreyadan olan istifadəçiləri əngəllənmə ilə bağlı mesaj alıblar. Girişə qadağanın səbəbi kimi Şimali Koreya əleyhinə olan xəbərlərin "İnstagram" üzərindən dünya ilə paylaşılması göstərilib.

1985-ci ildə inşa edilən hoteldə çıxan yanğın orada qalan xarici turistlərin sosial şəbəkədə foto paylaşması səbəbilə ortaya çıxmışdı. Əslində yerli əhalinin belə bir imkanı yoxdur, çünki internet imkanlarına dövlət qurumları nəzarət edir.

Baş verən hadisədən sonra məşhur sosial şəbəkənin fəaliyyəti yasaqlanan Şimali Koreyada əhalinin böyk bir qisminin internet əlaqəsi də tamamilə kəsilib. Ölkədəki bəzi xarici mobil cihazlar hesabına nadir hallarda internetə girmək mümkün olur.




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM