Prezident ölkələri COP29 ətrafında səfərbər olmağa çağırıb

10:03 | 10.10.2024
Prezident ölkələri COP29 ətrafında səfərbər olmağa çağırıb

Prezident ölkələri COP29 ətrafında səfərbər olmağa çağırıb

Cənubi Qafqazda ilk COP Azərbaycanda keçiriləcək. Bu ölkə Prezidenti İlham Əliyevin Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) iştirakçılarına müraciətində deyilir.

"Cənubi Qafqazda ilk COP Azərbaycanda keçiriləcək. Həm maliyyə, həm siyasi baxımdan dəstək göstərmək üçün şərait yaradırılıq. COP28, COP29 və COP30 olaraq iddialı 14 bənddən ibarət gündəliyimiz var. Bunların hamısı geosiyasi  olmasına baxmayaraq əhəmiyyətli mövzulardır. Hər birinizi səfərbər olmağa çağırıram. Bir birinizi ittiham etmək əvəzinə vahid məqsəd naminə çalışmaq lazımdır. Bakı COP29 olaraq çoxtərəfliliyin tərəfdarıdır və yaxşı nəticələr olacağına inanırıq",- Əliyevin məktubunda deyilir.

Müraciəti COP29  prezidneti nazir Muxtar Babayev səsləndirib.
 
Hazırda Bakıda "PRE-COP29” tədbiri keçirilir.
 
Gülnar Nazimqızı


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti