Prezident Masazır stadionunda - FOTOLAR

10:38 | 04.10.2014
Oktyabrın 3-də prezidenti İlham Əliyev Abşeron rayonunun Masazır qəsəbəsində inşa olunan stadionun açılışında iştirak edib.ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, bu gün idmançılarımızın beynəlxalq yarışlarda fəal iştirakının təmin olunması prezident İlham Əliyevin Azərbaycan idmanına verdiyi töhfələrin təməl prinsipini təşkil edir. Ölkəmizdə nəhəng idman infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılır. Bu işə Azərbaycanın bütün regionları cəlb olunub. Azərbaycanın hər yerində Olimpiya idman kompleksləri, sağlamlıq mərkəzləri tikilib istifadəyə verilir. Bu idman obyektləri dünya standartlarına cavab verməklə, həm də ölkəmizdə yaradılan idman infrastrukturunun güclü əsaslara söykəndiyini təsdiqləyir. Bir sözlə, Azərbaycan dünya idman aləminə nəhəng mərkəzlərdən biri kimi daxil olub. Bu məsələdə Prezident İlham Əliyevin göstərdiyi səylər ölkəmizin idman aləmində də yetərincə nüfuz qazanması ilə nəticələnib. Dövlət başçısına məlumat verildi ki, Masazır qəsəbəsindəki stadion beynəlxalq standartlar nəzərə alınaraq inşa olunub və tikinti işləri ən yüksək səviyyədə həyata keçirilib. 13 min tamaşaçı yeri olan bu idman qurğusunda mətbuat, məşqçi, tibb və dopinq-test otaqları var.Bütün bunlar bir daha təsdiqləyir ki, nəinki paytaxt Bakıda, regionlarda da müasir görkəmi ilə seçilən Olimpiya idman kompleksləri və digər idman qurğularının inşası həm də bölgələrdə beynəlxalq tədbirlərin keçirilməsinə şərait yaradır.ANN.Az

Tərəfdaşların xəbərləri

REKLAM