Prezident gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın artırılması ilə bağlı göstəriş verib. Bu barədə ölkə başçısı Milli Məclisin bu gün keçirilən ilk iclasında çıxışı zamanı deyib.
Əliyev bu ilin iqtisadi göstəricilərini müsbət qiymətlənidirilib.
"Səkkiz ayda iqtisadiyyat 4 faizdən çox artıb. Qeyri-neft sektorunda 7 faiz olub. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artdığını deyən dövlətimizin başçısı qeyd edib. "Onu da bildirməliyəm ki, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq”, - Azərtac Prezidentin çıxışına istinadla yazıb.
Ölkədə minimum əməkhaqqı 345 manat, minimum pensiya isə 280 manatdır.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !