Prezident Novruz Aslanı təltif etdi

15:30 | 04.03.2015
Prezident Novruz Aslanı təltif etdi

Prezident Novruz Aslanı təltif etdi

Prezident İlham Əliyev Novruz Aslanovun təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama görə, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və Qızıl Aypara hərəkatının inkişafında xidmətlərinə görə Novruzəli Davud oğlu Aslanov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Novruzəli Aslanov Milli Məclisinin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti və bəstəkardır.

***

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasında aztəminatlı insanlara sosial xidmət və humanitar yardım göstərilməsi sahəsindəki səmərəli fəaliyyətlərinə görə Qızıl Aypara Cəmiyyətinin aşağadakı əməkdaşları "Tərəqqi” medalı ilə təltif edilib:

Abbasov Əli-Ağa Bəhmən oğlu

Ağamirzəyev Budaq Hüseyn oğlu

Cəfərova Nailə Cəfər qızı

Eyvazov Niyaz Bayram oğlu

Əliyev Rövşən Əlipaşa oğlu

Həsənov Üzeyir Oqtay oğlu

Xəlilova Sara Abdurahman qızı

Quliyeva Afət Vahid qızı

Mehdiyev Gəncəli Yahya oğlu

Mirzəyev Ceyhun Vəkil oğlu

Mustafayev Əlmirzə Əlirza oğlu

Səlim-zadə Elşən Rza oğlu

Şayev Şaban Zakay oğlu

Vəliyev Yaşar Vəli oğlu

Yusifov Rövşən Abas oğlu

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM