Prezident oğluna vəzifə verdi

19:56 | 30.11.2013
Prezident oğluna vəzifə verdi

Prezident oğluna vəzifə verdi

Tacikistan prezidenti Emoməli Rəhmon böyük oğlunu Milli Gömrük Xidmətinin rəhbəri təyin edib. 

APA-nın “İnterfax”a istinadən xəbərinə görə, 25 yaşlı Rüstəm Emoməli əvvəllər xidmətin sədr müavini vəzifəsində çalışıb və Qaçaqmalçılıqla mübarizə departamentinə başçılıq edib. 

Bundan əvvəl isə İnvestisiyalar və Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin Kiçik və orta sahibkarlığın dəstəklənməsi idarəsinin rəhbəri olub. Rüstəm Emoməli 2012-ci ilin yanvarından Tacikistan Futbol Federasiyasına başçılıq edir. Bir zamanlar Düşənbənin “İstiqlal” komandasında futbolçu kimi də çıxış edib. Qeyd edək ki, Tacikistan prezidentinin 9 övladı var. 

O, 2010-cu ildə qızı Ozoda Rəhmonu xarici işlər nazirinin müavini təyin edib. Digər qızı Zarina Rəhmon dövlət televiziyasında diktor vəzifəsində çalışır. Kiçik oğlu Somon Emoməli 2012-ci ildə Buxarestdə keçirilən informasiya texnologiyaları üzrə olimpiadada “ən yaxşı layihə müəllifi” mükafatına layiq görülüb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM