Prezident seçkiləri ilə əlaqədar 37 xarici ölkədə 49 seçki məntəqəsi yaradılıb

16:43 | 06.01.2024
Prezident seçkiləri ilə əlaqədar 37 xarici ölkədə 49 seçki məntəqəsi yaradılıb

Prezident seçkiləri ilə əlaqədar 37 xarici ölkədə 49 seçki məntəqəsi yaradılıb


Növbədənkənar prezident seçkiləri ilə əlaqədar 37 xarici ölkədə 49 seçki məntəqəsi yaradılıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, həmin məntəqələrdə xaricdə yaşayan soydaşlarımız səs verə biləcəklər.

Sabah növbədənkənar prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə seçki məntəqələrinin yaradılması üçün ayrılan müddət başa çatır. Seçki Məcəlləsinin 35.6-cı maddəsinə əsasən, səsvermə gününə azı 30 gün qalanadək seçicilərin olduqları ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması təmin edilməlidir.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət yanvarın 8-dək olan dövrü əhatə edir.

Fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti