7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Gürcüstandakı Səfirliyində seçki məntəqəsi yaradılacaq.
"7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində bu ölkədə yaşayan vətəndaşlarımızın seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində seçki məntəqəsi yaradılacaqdır.
Telefon: +995 555 250 993, +995 32 224 30 04
Elektron poçt: [email protected]
Azərbaycan Respublikası vətəndaşı seçki siyahısına əlavə edilməsi üçün, müraciət zamanı tam adını (adı, soyadı və ata adı), doğulduğu tarixi (gün, ay və il), qeydiyyatda olduğu və yaşadığı ünvan barədə məlumatı Səfirliyə təqdim etməsi zəruridir", -müraciətdə qeyd edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !