• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Prezident seçkisi ilə əlaqədar Gürcüstandakı Azərbaycan Səfirliyində MnSK yaradılıb

Prezident seçkisi ilə əlaqədar Gürcüstandakı Azərbaycan Səfirliyində MnSK yaradılıb
02.02.2024 22:14
Yeddi fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisi ilə əlaqədar 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları üçün Azərbaycanın Gürcüstandakı Səfirliyində Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb.

Bu barədə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyindən bildirilib.

"Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisi ilə əlaqədar Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb.

Ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4.

18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları səsvermə zamanı aşağıdakı etibarlı sənədlərdən birini MnSK-ya təqdim etməlidirlər:

Ümumvətəndaş pasportu, diplomatik pasport, xidməti pasport.

Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının müvafiq etibarlı pasportuna sahib olmayan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları etibarlı şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edə bilərlər.

Yeddi fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisi Tbilisi vaxtı ilə saat 08:00-dan 19:00-dək davam edəcək.

Əlaqə üçün: +995555250993 , +995322243004”, - səfirlikdən bildirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 21:52
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Siyasət 18:33
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Siyasət 18:05
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 18:01
Ərdoğan Azərbaycana səfər edəcək
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Siyasət 17:34
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Siyasət 16:48
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Siyasət 14:14
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Sahibə Qafarova Xivədə Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak edəcək
Siyasət 12:44
Sahibə Qafarova Xivədə Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak edəcək
Deputat Rusiyada azərbaycanlıların saxlanılması ilə bağlı çağırış edib
Siyasət 16:50
Deputat Rusiyada azərbaycanlıların saxlanılması ilə bağlı çağırış edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol