Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkisinin monitorinqini keçirəcək QHT koalisiyası yaradılıb.
Bu barədə APA-ya "Mənim səsim” Seçki-Monitorinq Koalisiyasından məlumat verilib.
"Koalisiyanın işində tanınmış ekspert və politoloqlardan ibarət qrup, peşəkar müşahidəçilər komandamız fəaliyyət göstərəcək. Koalisiya seçkinin bütün mərhələlərinin monitorinqini apararaq aralıq, seçki günü və yekun hesabatlar hazırlayıb ictimaiyyətə təqdim edəcək” - Koalisiyanın bəyanatında bildirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !