Prezident sülhün əldə olunmasını əngəlləyən səbəblərdən danışıb

10:19 | 05.12.2024
Prezident sülhün əldə olunmasını əngəlləyən səbəblərdən danışıb

Prezident sülhün əldə olunmasını əngəlləyən səbəblərdən danışıb

Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib. 
 
 
"Təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik "böyük Ermənistan” xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir", - bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.
 
Bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan və Bakı sülh sazişi layihəsinin 90%-ni razılaşdırıblar.

Bundan əvvəl Azərbaycan Ermənistanın sülh sazişi layihəsi ilə bağlı təkliflərinə cavab verib. Bu sayca 11-ci təkliflər paketidir. 
 
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ümid edib ki, Ermənistan və Azərbaycan yaxın vaxtlarda bütün sülh sazişi layihəsini razılaşdıra biləcəklər. 
 
Oktyabrın 24-də Paşinyan və Əliyev Kazanda keçirilən BRICS sammiti çərçivəsində görüş keçirərək xarici işlər nazirlərinə sazişin imzalanması üçün layihəni tamamlamaq tapşırığını veriblər. Bundan əvvəl Ermənistan hökumət başçısı sənədin 80-90% razılaşdırıldığını bəyan edib.
 
Bundan əvəl Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə Azərbaycana təklif edib ki, sülh razılaşdırılmış bəndlər üzərinə imzalansın. 
 
Paşinyana cavab olaraq Azərbaycan prezidenti bildirib ki, sülh sazişinin razılaşdırılmış bəndləri üzrə müqavilə bağlanması təklifini reallıqdan kənardır. 
 
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, sülh sənədi layihəsinin 80%-i artıq razılaşdırılıb. Sadəcə açıq qalan 2 məsələ var. 
 
Hazırda iki ölkə arasında danışıqlar prosesi davam edir. 
 
Gülnar Nazimqızı 


 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM