Metronun "28 may" stansiyasında qatarda problem yaranıb

Bakı metropoliteninin “28 May” stansiyasında qatarların hərəkətində fasilə yaranıb.
Oxu.az xəbər verir ki, sərnişinlərin məlumatına görə, buna səbəb stansiyada hərəkət etmək istəyən qatarda tüstülənmənin baş verməsi olub.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, saat 22:58-də qatarın idarəetmə panelində texniki nasazlıq qeydə alınıb:
“28 May” stansiyasında sərnişinlər düşürülüb və qatar “Nizami” stansiyasından texniki baxış üçün “Nərimanov” elektrik deposuna göndərilib”.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























