Prezident təqaüdçülərinin seçdikləri ali məktəblər - SİYAHI

17:16 | 21.11.2014
Prezident təqaüdçülərinin seçdikləri ali məktəblər - SİYAHI

Prezident təqaüdçülərinin seçdikləri ali məktəblər - SİYAHI

2014-cü ildə Prezident təqaüdünə layiq görülmüş tələbər haqqında statistik məlumat açıqlanıb. 

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, Prezident təqaüdçüləri haqqında həmin məlumatlar "Abituriyent" jurnalının 11-ci sayında dərc olunub. Prezidentin 9 sentyabr 2014‐cü il tarixli sərəncamına əsasən, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 tələbəyə Prezident təqaüdü təyin edilib.I ixtisas qrupunda Prezident təqaüdünə 682 bal və daha yüksək nəticə göstərmiş tələbələr layiq görülüb. Onlardan 8 nəfəri qız, 17 nəfəri isə oğlandır.II ixtisas qrupunda Prezident təqaüdünə 677 bal və daha yüksək nəticə göstərmiş tələbələr layiq görülüblər. Onlardan 4 nəfəri qız, 21 nəfəri isə oğlandır.III ixtisas qrupunda Prezident təqaüdünə 675 bal və daha yüksək nəticə göstərmiş tələbələr layiq görülüblər. Onlardan 17 nəfəri qız, 8 nəfəri isə oğlandır.IV ixtisas qrupunda Prezident təqaüdünə 679 bal və daha yüksək nəticə göstərmiş tələbələr layiq görülüblər. Onlardan 13 nəfəri qız, 12 nəfəri isə oğlandır.Naxçıvan Muxtar Respubikasından isə II ixtisas qrupu üzrə qəbul imtahanında 674 bal toplamış 1 nəfər oğlan və IV ixtisas qrupunda 677 bal toplamış 1 nəfər oğlan Prezident təqaüdünə layiq görülüb. Ümumilikdə Prezident təqaüdünə layiq görülmüş tələbələrdən 42 nəfəri qız, 60 nəfəri isə oğlandır. Builki Prezident təqaüdçüləri ixtisas seçimi zamanı aşağıdakı ali məktəblərə üstünlük veriblər:25 nəfər Azərbaycan Tibb Universiteti;22 nəfər Prezident yanında Dövlət İdarəçilik Akademiyası;21 nəfər ADA;17 nəfər Bakı Ali Neft Məktəbi;10 nəfər “Qafqaz” Universiteti;3 nəfər Bakı Dövlət Universiteti;1 nəfər Azərbaycan Dillər Universiteti;1 nəfər Azərbaycan Dövlət İqtisad Universiteti;1 nəfər Naxçıvan Dövlət Universiteti;1 nəfər Azərbaycan Dövlət Neft AkademiyasıANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür