Prezident Türkiyə ilə imzalanmış iki sazişi təsdiqlədi

14:49 | 04.05.2024
Prezident Türkiyə ilə imzalanmış iki sazişi təsdiqlədi

Prezident Türkiyə ilə imzalanmış iki sazişi təsdiqlədi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.

Sənədə əsasən, 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” təsdiq edilib.

Bundan başqa, dövlət başçısı "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.

Sənədə əsasən, 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM