Prezident xarici borcun ödənməsindən danışdı

15:58 | 26.09.2024
Prezident xarici borcun ödənməsindən danışdı

Prezident xarici borcun ödənməsindən danışdı

Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib. 
 
İndi gələn ilin büdcəsinin müzakirəsi gedir, yaxın vaxtlarda mənə təqdim ediləcək.Təbii olaraq, büdcə bizim imkanlarımızı əks etdirir. Biz, necə deyərlər, ayaqlarımızı yorğanımıza görə uzadırıq və uzatmalıyıq. Heç bir yerdən heç bir yardım almırıq, əksinə, xarici borcu azaldırıq və bir neçə il bundan əvvəl qarşıya qoyduğum vəzifə artıq uğurla yerinə yetirilir. Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır. Bu, cəmi 7,5 beş faizdir və bu, bizə imkan verir ki, gələcəkdə daha az vəsaiti xarici borcun qaytarılmasına sərf edək. Bu gün onu da biz müzakirə edəcəyik, baxarıq, bəlkə də bəzi borcları vaxtından əvvəl ödəmək də faydalı ola bilər. Halbuki mən bunu artıq bir neçə dəfə demişəm ki, istəsək, biz bir gün ərzində bütün borcu sıfırlaya bilərik. Hər halda, bu məsələni müzakirə etmək üçün bu gün, əlbəttə ki, fikir mübadiləsi aparılacaq”, - Əliyev bu gün keçirilən müşavirədə deyib. 
 
Maliyyə Nazirliyinin proqnozlarına görə, 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir.

Sentyabrın 11-də Azərbaycanın baş naziri Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın çərşənbə günü keçirilən iclasında 2025-ci il və növbəti üç il (2026-2027-ci illər) üzrə dövlət büdcəsi layihəsi, 2024-2028-ci illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, bərpa xərclərinin maliyyələşdirilməsi müzakirə edilib.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti