• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Prezident yeni seçki təyin etdi

Prezident yeni seçki təyin etdi
26.08.2014 09:30
Ukrayna prezidenti Pyotr Poroşenko avqustun 25-i axşam parlamenti buraxıb. 2012-ci ildə formalaşmış Ali Radanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verən dövlət başçısı növbədənkənar parlament seçkisini oktyabrın 26-na təyin edib.

"Media forum" saytının məlumatına görə, Pyotr Poroşenko Ali Radada hakim koalisiyanın dağılmasından bir ay ötdüyünü nəzərə alaraq bu addımı atıb. Hakim "Avropa seçimi" koalisiyası iyulun 24-də dağılıb. UDAR və Azadlıq partiyaları koalisiyadan çıxdığına görə baş nazir Arseni Yatsenyuk istefa verib, ancaq sonradan hökumətə rəhbərliyi davam etdirib. Ukrayna Konstitusiyasına görə, Ali Radada hakim koalisiya bir ay ərzində formalaşmasa, parlament buraxıla bilər.Pyotr Poroşenko qərarını əsaslandırarkən Ali Radanın ölkədə qanlı olaylarda böyük məsuliyyət daşıdığını vurğulayıb və demokratik qüvvələri 26 oktyabr seçkisinə vahid cəbhədə getməyə çağırıb."Media forum" saytı bildirir ki, buraxılmış parlament yeni seçkiyə kimi fəaliyyətini davam etdirəcək.Ukraynada 2012-ci il oktyabrın 28-də keçirilmiş parlament seçkisində Regionlar Partiyası 185, "Batkivşina" bloku 101, UDAR Partiyası 40, "Azadlıq" bloku 37, Kommunist Partiyası 32 mandat almışdı. Ötən ilin sonlarından gedən inqilabi proseslər nəticəsində ölkədə qüvvələr nisbəti xeyli dəyişib.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Liviya sahilləri yaxınlığında neft tankeri partlayıb
Dünya 23:50
Liviya sahilləri yaxınlığında neft tankeri partlayıb
Avropada anomal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib
Dünya 23:30
Avropada anomal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib
NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək
Dünya 23:21
NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək
Almaniya Ukraynaya 9 milyard avrodan çox yardım ayıracaq
Dünya 22:38
Almaniya Ukraynaya 9 milyard avrodan çox yardım ayıracaq
İtaliyada 4,6 bal gücündə zəlzələ olub
Dünya 22:24
İtaliyada 4,6 bal gücündə zəlzələ olub
Paşinyan Kaya Kallasla görüşüb
Dünya 21:25
Paşinyan Kaya Kallasla görüşüb
Fransada ictimai yerlərdə siqaret çəkmək qadağan olunub
Dünya 19:58
Fransada ictimai yerlərdə siqaret çəkmək qadağan olunub
İranda İsrailin hücumlarında ölənlərin sayı açıqlanıb
Dünya 15:43
İranda İsrailin hücumlarında ölənlərin sayı açıqlanıb
Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib
Dünya 10:18
Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol