Prezidentdən işsizlərə şad xəbər

14:04 | 17.04.2017
Prezidentdən işsizlərə şad xəbər

Prezidentdən işsizlərə şad xəbər

"Bu ilin göstəriciləri çox sevindiricidir. Mən bu barədə artıq demişəm, bir daha demək istəyirəm ki, bu ilin üç ayının göstəriciləri bizi çox ruhlandırır. Bu, bir daha göstərir ki, 2016-cı ildə qəbul etdiyimiz qərarlar və başladığımız islahatlar qısa müddət ərzində öz gözəl nəticələrini verib”.

Repotyor.tv məlumatına görə, bunu qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində prezident İlham Əliyev cari ilin birinci rübündə ölkəmizdə əldə edilən uğurlara toxunarkən deyib. 

Dövlət başçısı bildirib ki, bu ilin üç ayında iqtisadiyyatımızın qeyri-neft sektoru 2,4 faiz artıb. Bu, çox yaxşı göstəricidir: "Qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. Üç ay ərzində 80 mindən çox yeni iş yeri yaradılıb. Ticarət dövriyyəmiz 15 faiz, ixrac 50 faizə yaxın artıb, idxal 17 faiz azalıb. Kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artıb. Müsbət saldomuz 1 milyard dollardan artıqdır.

Biz üç ayda 1 milyard dollar vəsait qazanmışıq. Bizim valyuta ehtiyatlarımız artır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz il ərzində daha da böyük nəticələrə gəlib çatacağıq. Çünki götürdüyümüz bu temp və geniş vüsət almış islahatlar, o cümlədən sahibkarlar tərəfindən bizim siyasətimizə göstərilən praktiki dəstək, - onlar öz işi ilə, öz investisiyaları ilə bunu göstərirlər, - deməyə əsas verir ki, 2017-ci il çox uğurlu il olacaq. Eyni zamanda, biz yeni iqtisadi modelə keçməklə bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM