• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Prezidentdən yeni təyinat - FOTO

Prezidentdən yeni təyinat - FOTO
29.05.2020 05:56
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin İdarə Heyətinə sədr və İdarə Heyətinin üzvləri təyin edilib.

Anews.az  bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, Tural Kərimli İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri, Fariz Quliyev və Ayan Kərimova İdarə Heyətinin üzvləri təyin olunub.

T. Kərimli 1981-ci ildə anadan olub.

Qafqaz Universitetində beynəlxalq hüquq üzrə bakalavr və magistr təhsili alıb.


Təhsilini Harvard Universiteti Con Kennedi Dövlət İdarəçilik Məktəbində İnvestisiya qərarları və maliyyə davranış iqtisadiyyatı sahəsi üzrə davam etdirib.

T. Kərimli 2009-2017-ci illərdə "İSRA" Şirkətlər Qrupuna rəhbərlik edib.

2018-ci ilin yanvar ayından Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Fariz Quliyev Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbində baş müəllim, Ayan Kərimova isə "Yüksək Texnologiyalar Parkı" MMC-nin Layihələrə Dəstək və Biznesin İnkişafı şöbəsinin müdiri vəzifəsində çalışıb.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan BMT ilə birgə tədbirlər keçirəcək
Siyasət 19:39
Azərbaycan BMT ilə birgə tədbirlər keçirəcək
Monteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
Siyasət 23:27
Monteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü oldu - Yenilənib
Siyasət 19:24
İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü oldu - Yenilənib
Yeni rəis bu məmurun QARDAŞIDIR - FOTO
Siyasət 19:38
Yeni rəis bu məmurun QARDAŞIDIR - FOTO
İlham Əliyev görüşlər keçirdi - Foto
Siyasət 19:24
İlham Əliyev görüşlər keçirdi - Foto
Liderlərin görüşü başladı - Fotolar
Siyasət 22:12
Liderlərin görüşü başladı - Fotolar
Vilayət Eyvazov müxalif hüquq müdafiəçiləri ilə görüşdü
Siyasət 18:54
Vilayət Eyvazov müxalif hüquq müdafiəçiləri ilə görüşdü
Orxan Məmmədov rəhbər təyin edildi (FOTO)
Siyasət 21:16
Orxan Məmmədov rəhbər təyin edildi (FOTO)
Blinken Ceyhun Bayramovla görüşündən yazdı - Foto
Siyasət 23:48
Blinken Ceyhun Bayramovla görüşündən yazdı - Foto
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol