ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, veriləcək dəvətin menyusunda aslan və fil əti olması hər kəsdə təəccüb yaradıb. Prezidentin ad günü fevralın 28-də bayram edilərək qeyd olunacaq. Hazırlıq məqsədilə aralarında fil və aslan da olmaqla çox sayda vəhşi heyvan ətindən yeməklər bişiriləcəyi və servis ediləcəyi deyilir.
Lüks bir hoteldə keçiriləcək ad gününə 20 min adamın qatılacağı bildirilir və bunun üçün 120 min dollardan çox pul xərclənib.
Ad günü menyusunda heyvan ətinin daxil edilməsi həm yerli. həm də beynəlxaq heyvansevər təşkilatlarının qəzəbinə səbəb olub.
Xatırladaq ki, bu yaxınlarda Afrika ölkələrininzirvə toplantısındakı çıxışından sonra pilləkənlərdən düşərkən prezident Robert Muqabe yıxılmışdı. Onu yerdən mühafizəçiləri deyil, yaxınlıqda dayanan toplantı iştirakçıları qaldırmışdı. Bu hadisədən sonra ölkəsinə dönən prezident mühafizə xidmətindəki bütün işçiləri qovmuşdu. Qoca prezidentin yerə yıxılma anı sosial şəbəkələrdə lağ mövzusu olmuşdu.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !