Prezidentin adından paylaşılan yardımlara inanmayın - MEDİA

14:39 | 04.06.2024
Prezidentin adından paylaşılan yardımlara inanmayın - MEDİA

Prezidentin adından paylaşılan yardımlara inanmayın - MEDİA

Prezidentin adından elektron infoormasiya resurslarında yardımla bağlı yayılan məlumatlar saxtadır.Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqlamasında bildirilib.
 
Son günlər elektron informasiya resurslarında auditoriyanı çaşdırmaq məqsədilə yaradılmış hiperlinklər vasitəsilə yalan məlumatların tirajlanması halları müşahidə olunur. Azərbaycan Respublikasının Prezidentinin adından istifadə olunmaqla hazırlanan saxta müraciətdə istifadəçilərə maddi yardım vəd edilir və elektron hesab yaradaraq qeydiyyatdan keçməklə bu yardımdan faydalanmaq təklif edilir. Bildiririk ki, qeyd olunan müraciət bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən kiber dələduzluq nümunəsidir. Azərbaycan vətəndaşlarını, o cümlədən media nümayəndələrini və ictimai fəalları bu kimi hallarla bağlı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyalara qarşı sayıq olmağa çağırırıq", - deyə məlumatda qeyd olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti