"Qafqazinfo” xəbər verir ki, bu barədə ölkə başçısı çıxışında vurğulayıb ki, sahibkarlar bunun üçün təkliflər verməli, bazarın düzgün monitorinqini aparmalıdır:"Xüsusilə o sahələrə üstünlük verilməlidir ki, biz o sahələrdə hələ idxaldan asılıyıq. Yəni, birinci növbədə idxal təhlil edilməli və idxalı əvəzləyən məhsulların istehsalı ilə bağlı təkliflər verilməlidir”.
Sahibkarların sənaye zonalarının yaradılmasında maraqlı olmamasının səbəbləri barədə "Qafqazinfo”ya açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Eldar Quliyev qeyd edib ki, Azərbaycanda sənayə zonaları yaradılıb, ancaq sahibkarlarda bu sahəyə elə də inam yoxdur: "Çünki hələ də normal şəkildə fəaliyyət göstərmirlər. Ancaq sənaye parklarının yaradılması gözəl perspektivdir. Sahibkara öz məhsulunu dünya bazarlarına çıxartmağa imkan verir.
O cümlədən hansısa bankdan kredit almaq lazım gələrsə, sənaye zonaları bu məsələdə köməklik edə bilər. Cənab prezident özü də dedi ki, 9 ayda kənd təsərrüfatı sahəsi 2, 8 faiz artım verib. Bu artıq inkişafdır”.
Mən də hesab edirəm ki, bizdə torpaq sahəsi azdır. Olanların da bir hissəsi şorandır. Burada meliorasiya və irriqasiya işləri aparılmalıdır. Əkin sahəsini nə qədər artırsaq, bizə o qədər xeyirdir. Həm də nəzərə alaq ki, torpağı ömür boyu da əkmək olmur. Bir neçə ildən sonra o dincə qoyulmalıdır. Burada əsas məqsəd məhsuldarlıqdan gedir. Bir var ki 1 hektardan 25-30 sentner taxıl yığasan, bir də var ki 85-100 sentner.
Avropa ölkələrində bu rəqəm orta hesabla 85 sentinerdir. Ancaq bizdə bu rəqəm 32 sentner, ən yaxşı halda isə 55 sentnerdir. Əgər məhsuldarlıq yüksək olarsa, bu bizim ehtiyatımızı da bağlaya bilər”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !