Prezidentin FB statusu: “Biz yaralı yerlərimizi bilirik”

14:20 | 05.03.2014
Prezidentin FB statusu: “Biz yaralı yerlərimizi bilirik”

Prezidentin FB statusu: “Biz yaralı yerlərimizi bilirik”

“Bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılmalıdır”. “Axar.az” xəbər verir ki, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında (9 yanvar 2014-cü il) Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi bu fikirlər prezidentin rəsmi Feysbuk səhifəsində bu gün təkrarən yayımlanıb. Statusda daha sonra bildirilir: “Biz bilirik yaralı yerlərimiz haradadır. Bu yaraları sağaltmaq üçün nə etməyin lazım olduğunu da bilirik. Siyasi iradə də vardır. Kifayət qədər güclü iradədir. Yerlərdə, mərkəzi icra orqanlarında, yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır. Onlara qarşı cinayət işləri açılmalıdır. Düzdür, indi Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu işlər gedir, cinayət işləri açılır. Daha da ciddi tədbirlər görülməlidir ki, biz bu bəladan özümüzü xilas edək. 2014-cü ildə bu sahədə, hesab edirəm ki, daha da böyük addımlar atılacaqdır.”ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM