Milli Məclisdə Cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə edilir.
Aparat rəhbəri bildirib ki, Cinayat Məcəlləsində daha çox sərt cəza qaydalarının tətbiqinin şahidi oluruq və cinayət törədən şəxslərə qarşı azadlıqdan məhrumetmə növü çox geniş tətbiq olunub.
"Həqiqətən cinayətkarlığa qarşı mübarizədə müxtəlif istiqamətlər ola bilər. Təbii ki, cinayətkarlığa qarşı kəskin mübarizə aparılmalıdır və buna heç kəsin şübhəsi olmamalıdır. Bununla belə yaranmış şəraitdə qanunu pozmuş şəxslərə humanist münasibətlər göstərmək lazımdır. Ölkə başçısının həmin sərəncamında eyni zamanda pentensiar sistemin təkmilləşdirilməsinə dair təkliflər də yer alıb. Biz hesab edirk ki, qanun layihəsi dar çərçivədə müzakirə edilərək yox, əksinə geniş ictimai müzakirələrin yekunu olaraq qəbul edilməlidir”.
S. Mirzəyev qeyd edib ki, qanun layihəsində dəyişikliklər əsasən 4 istiqamətdədir. "Bu istiqamətlər cinayətin dekriminallaşması və bunun nəticəsində daha geniş alternativ cəzaların tətbiqi, yeni alternativ cəza növlərinin tapılması, mövcud alternativ cəza növlərinin geniş tətbiqi, eyni zamanda vurulmuş ziyana görə cəzanın vurulan ziyanın ödəniləcəyi təqdirdə cinayət törədən şəxsin ya azad olunması, yaxud da daha yüngül cəza ilə əvəzlənməsidir”.
Cəza tətbiq olunarkən cəzadan vaxtından əvvəl şərti azad olunmanın genişləndirilməsi, azadlıqdan məhrumetmə cəzasının alternativ cəzalarla əvəz edilməsi vacib məqamlardandır. Bütün bunlar onu göstərir ki, ölkə başçısı sadə insana, bu ölkədə fəaliyyət göstərən, onun iqtisadiyyatının inkişafı üçün zəhmət çəkən insanlara çox böyük diqqətlə yanaşır”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !