Fransada yeni təyin olunmuş ispanəsilli baş nazir Manuel Vals, formalaşdırdığı yeni hökümətin tərkibini açıqlayıb. Baş nazirin təklifi ilə prezident Loran Fabiusu yenidən xarici işlər naziri təyin edib. İqtisadiyyat nazirliyinə, qatı solçu baxışları ilə seçilən və buna qədər Sənaye naziri vəzifəsini tutmuş Arno Montebur başçılıq edəcək. O, eyni vaxtda əvvəlki - sənaye naziri vəzifəsini də davam etdirəcək. Yaşıllar partiyasının nümayəndələri yeni kabinetdə təmsil olunmaqdan imtina edib. Radikal solçu Kristian Tobira əvvəlki ədliyyə naziri vəzifəsini qoruyub saxlayıb. Yeni hökümətdə ekologiya naziri vəzifəsi prezident Fransua Olandın keçmiş vətəndaş nikahından olan həyat yoldaşı Seqolen Ruayala həvalə olunub. Xatırladaq ki, Seqolen Ruayal eyni zamanda 2008-ci il seçkilərinə prezidentliyə namizədlərdən olub. Onların birlikdə 4 övladı var.//Anspress
Bizi sosial şəbəkələrdə izləyin !