• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Prezidentin internetdəki statistikası açıqlandı

Prezidentin internetdəki statistikası açıqlandı
18.03.2014 19:35
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin internetdə fəaliyyətini əks etdirən resursların hazırkı vəziyyəti haqqında infoqrafika hazırlanıb. ANS PRESS-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, prezidentin rəsmi “Facebook” səhifəsində yerləşdirilən infoqrafika-videoçarxda əks olunur ki, hazırda ölkə başçısının “Facebook” səhifəsi izləyicilərinin sayı 300 min nəfər təşkil edir. İzləyicilərin 70 faizi 18-38 yaş arası gəncləri əhatə edir. Gündəlik aktiv istifadəçilərin sayı 80 minə çatır. Səhifəyə gündəlik baxış sayı 250 mini ötür, həftə ərzində 5 mindən artıq istifadəçi qoşulur. Sözügedən səhifədə yerləşdirilən hər yeni post 100 min nəfərdən çox istifadəçiyə çatdırılır. Həftə ərzində 1 milyon baxış olub.Azərbaycan Prezidentinin “Twitter” səhifəsi iki dildə-Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Azərbaycan dilində olan bölmənin 73 min, ingilis dilindəki bölmənin 63 min istifadəçisi var. Bu günədək 3 min tvitpaylaşılıb.Ölkə başçısının “YouTube” videoxidmətində olan kanalında 500 video yerləşdirilib. Videolara 1 milyon 750 min baxış qeydə alınıb. Daimi izləyicilərin sayı 5 min nəfəri keçib. Əhatə coğrafiyasına 132 ölkə daxildir.Prezidentin “Instagram” fotoxidmətində yaradılan səhifəsində 250-dən artıq şəkil yerləşdirilib. Səhifənin izləyicilərinin sayı 18 mini ötüb.Bunlarla yanaşı, ölkə Prezidentinin “Vimeo” və “Flikr” xidmətlərində də səhifələri fəaliyyət göstərir.Xatırladaq ki, 2013-cü ildə Azərbaycan Prezidentinin məktəblilər üçün internet səhifəsi yaradılıb.Qeyd edək ki, Prezidentin saytının mobil qurğular üçün əlavəsi də mövcuddur.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 21:52
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Siyasət 18:33
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Siyasət 18:05
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 18:01
Ərdoğan Azərbaycana səfər edəcək
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Siyasət 17:34
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Siyasət 16:48
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Siyasət 14:14
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Sahibə Qafarova Xivədə Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak edəcək
Siyasət 12:44
Sahibə Qafarova Xivədə Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak edəcək
Deputat Rusiyada azərbaycanlıların saxlanılması ilə bağlı çağırış edib
Siyasət 16:50
Deputat Rusiyada azərbaycanlıların saxlanılması ilə bağlı çağırış edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol