Azərbaycanlı idmançı karyerasını başa vurmaq üzrədir. Əldə etdiyimiz məlumata görə, İlk Avropa Oyunlarının gümüş medalçısı, samboçu Amil Qasımov uzun müddətdir məşqlərə qatılmır.
1 ildir millinin məşqlərindən imtina edən A.Qasımov Unikal.org-a açıqlamasında bunun səbəbi kimi zədəli olmasını göstərib:
"Bir ildir ki, məşqlərə qatıla bilmirəm. Zədəm güləşməyə imkan vermir. Qayıdıb- qayıtmayacağımı dəqiq bilmirəm. Həkimlər müalicəmin bərpa prosesimin uzun çəkəcəyini deyib. Zədəm dizimdədir. Sağalıb yenidən idmana qayıtmaq istərdim”.
Xatırladaq ki, 1-ci Avropa Oyunlarının gümüş mükafatçısı Amil Qasımov 2015-ci ildə prezident İlham Əliyev tərəfindən mənzillə təmin olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !